Lənkəranda yeni qəbul olunan qanun layihəsi ilə bağlı tədbir keçirilib - FOTO

Xəbərlər 2 İyul 2024 15:24 Oxunub 298
Lənkəranda yeni qəbul olunan qanun layihəsi ilə bağlı tədbir keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  həyata keçirdiyi “Sahibkarların Rəqabət Məcəlləsi haqqında məlumatlandırılması” layihəsi uğurla davam edir. Azərbaycanda rəqabət mühitinin yaradılması və ədalətli rəqabət mexanizminin formalaşması ictimaiyyətin, xüsusilə də sahibkarların ciddi marağına səbəb olmuşdur. Hüquqşünasların və iqtisadçıların bu yöndə apardığı maarifləndirmə tədbirləri diqqəti çəkib. Lənkəran şəhərində sahibkarlar, QHT-lər, KİV nümayəndələrin iştirakı ilə keçirilən tədbir də bu qəbildəndir.

Görüşü təşkilatın rəhbəri Bəxşeyiş Əsgərov açaraq layihənin məqsədi və icra mexanizmi haqqında məlumat vermişdir. İyul ayından qüvvəyə minəcək Rəqabət Məcəlləsinin ölkəmizin siyasi, iqtisadi və hüquqi həyatındakı yerindən danışan B.Əsgərov Məcəllənin düzgün və səmərəli tətbiqində sahibkarların, dövlət orqanlarının və QHT-lərin birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Avtosfer.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri Fərid Bayramzadə rayonda  sahibkarlığın inkişafına göstərilən qayğıdan, bu sahədə görülən işlərdən, məcəllənin izahının əhəmiyyətindən danışıb.

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin Lənkəran regional Koordinotorluğunun nümayəndəsi Rahib Cəbiyev regionda kiçik və orta biznesin inkişafını dəstəkləndiyini, KOB subyektlərinə xidmətlər göstərildiyini və maarifləndirici tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Azərbaycan İqtisadçılar Birliyinin sədr müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşad Səmədzadə “Haqsız rəqabətlə mübarizə iqtisadi inkişafın vacib amili kimi” mövzusunda çıxış edib. Rəqabətin iqtisadiyyatın inkişafında rolundan, haqsız rəqabətin neqativ təsirlərindən danışıb.

Layihənin hüquqşünası  Aydın Kərimov iqtisadiyyatın inkişafında azad sahibkarlığın əhəmiyyətindən, dövlətimizin rəqabət siyasətinin istiqamətlərindən, Rəqabət Məcəlləsinin bu prosesdə yerindən danışıb. Məcəllənin uğurla tətbiq edilməsi, görülən işin effektli olması üçün sahibkarların, dövlət orqanlarının, QHT-lərin və KİV-lərin fəaliyyətinin əlaqələndirilməsi mexanizmi ilə bağlı təkliflərini bildirib.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb, onlar arasında rəy sorğusu keçirilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh