Lerikdə gigiyena qaydalarının pozulmasına qarşı nəzarət gücləndirilib - FOTO

Respublikanın bütün bölgələrində ərazilərin təmiz saxlanılması, sanitariya-gigiyena qaydalarına riayət olunması polis əməkdaşları tərəfindən diqqətdə saxlanılır.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, turizm zonalarından biri olan Lerikdə bu istiqamətdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı vətəndaşlara, o cümlədən istirahət mərkəzlərinin səlahiyyətli nümayəndlərinə məişət tullantılarının tutumundan kənar yerlərə atılması, tullantıların qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarına yol verilməməsi barədə xəbərdarlıqlar edilib.
Keçirilən tədbirlər zamanı ərazinin zibillənməsi ilə bağlı aşkarlanan hallar üzrə İnzibati tənbeh tədbirləri görülüb. Polis və aidiyyəti dövlət qurumları tərəfindən antisanitar vəziyyət aradan qaldırılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













