Lerikdə narkokuryer həbs edildi - FOTO - VİDEO

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları çətin relyef şəraitində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə əvvəllər məhkum olunmuş 25 yaşlı Vüsal Abdullazadə saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ondan ümumilikdə 10 kiloqram marixuana, heroin və metamfetamin, əlavə olaraq 50 ədəd metadon həbi aşkarlanıb.
Araşdırmalarla onun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi, maddi qazanc və narkotik vasitə müqabilində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Abdullazadə barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














