Leysan yağışlar səbəbindən 13 aviareys ləğv edilib

Dubayda hava yenidən pisləşib, leysan yağışlar səbəbindən 10-dan çox aviareys ləğv edilib və ya digər hava limanlarına yönəldilib. Avtosfer.az “Azərtac”-a istinadən xəbər verir ki, Dubay Beynəlxalq Hava Limanının mətbuat xidməti bu barədə sosial mediada məlumat yayıb.
"Əlverişsiz hava şəraiti ilə əlaqədar beş reys digər hava limanlarına yönəldilib, 13 reys isə təxirə salınıb”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərində şiddətli qum fırtınası da gözlənilir. Hakimiyyət orqanları yerli sakinləri və turistləri növbəti bir neçə gün ərzində sahillərdən, dağlıq ərazilərdən və səhralıqdan uzaq durmağa çağırıb.
Xatırladaq ki, aprelin ortalarında Birləşmiş Ərəb Əmirlikləri güclü leysan yağışının təsirinə məruz qalıb. Təbii fəlakətdən ən çox Dubay zərər görüb. Şəhərin əsas avtomobil magistralları və Beynəlxalq Hava Limanının uçuş-eniş zolağı su altında qalıb. Nəticədə 2 minə yaxın reys gecikib, minlərlə sərnişin ölkəni tərk edə bilməyib.
Meteoroloqlarının məlumatına görə, aprel ayındakı leysan ölkədə son 75 ilin ən güclü yağışı olub. Bəzi ərazilərə 24 saatdan az müddət ərzində 250 millimetrədək yağıntı düşüb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












