“Liv Bona Dea” Nigar Köçərlidən 222 min manat tələb edir - FOTO

Bakıda fəaliyyət göstərən Liv Bona Dea Hospital pasiyent, Əli və Nino Kitab Mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərliyə qarşı məhkəməyə müraciət edib və yüksək məbləğdə təzminat tələb edir.
Avtosfer.az bakupost.az-a istinadən xəbər verir ki, klinika Nigar Köçərlidən ümumilikdə 222.395 manat tələb edir. Bu məbləğin 218.886 manatı maddi zərər, 509 manatı dövlət rüsumu, 3.000 manatı isə hüquqi yardım xərci kimi göstərilib.
İddia pasiyentin sosial şəbəkədə etdiyi paylaşımlarla bağlıdır. Məlum olduğu kimi, Nigar Köçərli sözügedən klinikada əməliyyat olunub və sonradan şəxsi hesabında əməliyyatdan sonra ona qarşı çox pis rəftar edildiyini, həm fiziki, həm də psixoloji sarsıntı keçirdiyini yazıb. O bildirib ki, əməliyyatın uzanması və sonrakı münasibət onda ciddi travmaya səbəb olub.
Bununla bağlı xəstəxana rəhbərliyindən izah tələb edən Nigar Köçərli səhlənkarlığa yol verən əməkdaşların cəzalandırılmasını istəyib. Klinikadan isə bu müraciətə cavab olaraq ittiham xarakterli açıqlama gəlib.
Pasiyentin son paylaşımlarından görünür ki, hazırda o psixoloji gərginlik yaşayır və həkimlərdən yardım istəyir.
Klinika isə həmin paylaşımların onların işgüzar nüfuzuna zərər vurduğunu əsas gətirərək məhkəməyə müraciət edib. İş hazırda icraatdadır.
Psixoloji sarsıntı yaşayan pasiyentə izah vermək, araşdırma aparmaq və dəstək göstərmək əvəzinə yüz minlərlə manatlıq iddia qaldırmaq təkcə etik deyil, həm də ictimai baxımdan təhlükəli presedent yaradır. Bu addım faktiki olaraq cəmiyyətə açıq mesajdır: danışsan, şikayət etsən, məhkəmə ilə susdurula bilərsən.
Əgər bir vətəndaş aldığı tibbi xidmətdən narazıdırsa və bunu açıq şəkildə ifadə edirsə, normal sistemlərdə cavab məhkəmə basqısı yox, şəffaf araşdırma olur. Bu cür yanaşma problemi həll etmir, əksinə, səhiyyə sisteminə olan etimadı sarsıdır və digər pasiyentləri də susmağa məcbur edir.
Bu yanaşma təkcə konkret bir pasiyentlə bağlı məsələ deyil - bu, bütün cəmiyyət üçün təhlükəli və pis bir presedentdir.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












