«London taksi»lərində sayğac niyə işləmir?

Bəzi “London taksi”lərində sayğacın işləmədiyi məlum olub. “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev adına Hava limanından şəhərə doğru gələn London taksilərində sayğaclar işə salınmır. Sərnişinlərə isə bu haqda əvvəlcədən məlumat verilmir. Bunun səbəbini sürücülərdən soruşduqda isə belə bir vəziyyəti gündəlik planlarının artırılması ilə izah edirlər. Bildirirlər ki, gündəlik plan 40 manata qaldırılıb. “Sayğac işləyəndə biz bu planı doldura bilmirik. Ona görə də bu metoda əl atmışıq. Dəfələrlə rəhbərliyə etirazımızı bildirsək də, bizi işdən çıxarmaqla hədələyiblər. Bir neçə sürücü də bu səbəbdən işdən çıxarılıb. Bundan sonra digərləri də səsini çıxara bilmir. İşimizi itirmək təhlükəsi ilə üzləşirik”.
Qeyd edək ki, “London taksiləri”nin digər taksilərdən özəlliyi onun getdiyi məsafənin qiymətini sayğacla göstərməsidir. Hazırda 10 kilometr məsafəyə kimi 1 kilometr üçün gediş haqqı 70 qəpik, 10 kilometrdən 20 kilometrədək məsafə üçün 40 qəpik, 20 kilometrdən artıq məsafə üçün isə 20 qəpik müəyyənləşdirilib. Belə olan halda sürücülərin sayğac sisteminin işə salmaması haqlı olaraq müştərilərin də narazılığına səbəb olur.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












