«LUKoil»də yanacağı belə kəsirlər – ŞOK fırıldağın üstü açıldı

Tanınmış produser Tolik (Tarix Əliyev) Bakıda «LUKoil» yanacaqdoldurma məntəqəsində sürücülərə satılan yanacağın necə kəsildiyini ifşa edib. Bu barədə Tolik özünün facebook profilində yazıb. Avtosfer.az Tolikin yazdıqlarını olduğu kimi oxucuların diqqətinə çatdırır: «Bunu yazmağı özümə borc bildim. Çünki üçüncü dəfədir ki, bu yanacaqdoldurma yerində başıma bu iş gəlir. Bu, təsadüf deyil. Deməli, «Şamaxinka»da 50 manatlıq benzin vururam. Baxıram ki, 43 manatlıq vurub. Elə bilir baxmıram. Deyir, səhv oldu dayı, dedim, ola bilər. Sonra iki dəfə benzin vuranda baxıram ki, 7 manatdan başlayır. Dedim, dayan, bu nədir, axı 00:00-dan başlamılı idi. Dedi, səhv olub. Dedim hə… Bu gun «Ekologiya postu»na catmamış 20 manat vermişəm, görürəm benzini vurub qutarıb, amma 15 AZN. Soruşuram ki, bu nədir? Cavab verdi ki, səhv olub. Bəs görəsən niyə səhv edib artıq benzin vurmurlar?
Deməli, görün, bunlar hər gün birini 5, birini 3, birini 7 AZN aldadırsa görün nə qədər insanı aldatmış olurlar! Burdan səslənirəm bu obyektləri işlədən insanlara; işçilərə tapşırıq verin, insanları aldatmaq olmaz. Özü də maşını saxlayırsan, deyir, ver qabağa, guya şlank çatmır. Afiristlər!».
Diqqətli olun və siz də aldanmayın. Təkcə "LUKoil"da deyil, başqa tanınmış yanacaqdoldurma məntəqələrində də benzini kəsirlər.
Fərid
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək













