“LUKS OİL” sürücüləri belə aldadır, Benzin əvəzinə dizel satır - FOTO

Zərdab rayonundan olan bir qrup sakin rayon ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi ilə bağlı redaksiyamıza şikayət ünvanlayıb. Avropa.info xəbər verir ki, rayon sakinləri Zərdab rayonunda fəaliyyət göstərən “LUKS OİL” yanacaqdoldurma məntəqəsinin talançılıqla məşğul olduğunu deyir. Sakinlər şikayətdə ilkin olaraq YDM-nin satdığı benzinin tərkibindən gileylənir. Onların sözlərinə görə, benzinin tərkibi olduqca çirklidir və naməlum qatqılardan istifadə olunduğu üçün avtomobillərin ehtiyat hissələri tez-tez sıradan çıxır.
Sakinlərdən birinin sözlərinə görə bir dəfə “LUKS OİL”-dən yanacaq çənini dolduraraq Bakı istiqamətində yola çıxıb. Amma çox keçməyib ki, avtomobilin mühərriki sönüb və avtomobili çalışdırmaq mümkün olmayıb. Daha sonra evakuatorla yolunu davam etdirən vətəndaş Bakıya gəldikdən sonra benzinin tərkibini öyrənmək üçün laboratoriyaya müraciət edib. Aparılan araşdırma nəticəsində vurulan benzinin 30%-nin dizel olduğu müəyyən olunub.
Rayon sakinlərinin şikayətləndiyi ikinci məsələ isə benzinin çox hissəsinin kəsilməsidir. “LUKS OİL”-dən yanacaq alan rayon sakinləri aldıqları yanacağın təxminən 30-35%-nin kəsildiyini deyirlər.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












