Mağazaya oğurluğa girən şəxs borc dəftərini yandırdı - Neftçalada

Azərbaycanda mağazaya oğurluğa girən şəxs borc dəftərlərini yandırıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Avtosfer.az-a açıqlamasında bildirib ki, gecə saatlarında vətəndaş A.Ağayevə məxsus Neftçala rayonu Təzəkənd kəndi ərazisində yerləşən mağazada baş verən oğurluq hadisəsi ilə bağlı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən bir yeniyetmə saxlanılıb.
Dindirilmə zamanı həmin yeniyetmə törətdiyi əməli etiraf edib.
Araşdırmalar zamanı onun mağazadan müxtəlif növ içki və siqaret oğurladığı, eləcə də vətəndaşların sahibkara olan borc siyahısını yandıraraq məhv etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












