Mahaçqalada doqquzuncu sinif şagirdlərinin mübahisəsi qətllə bitdi - VİDEO

Rusiya Federasiyasının Mahaçqala şəhərində məktəblilər arasında baş verən insident ölümlə nəticələnib.
Belə ki, məktəbli dava zamanı öz sinif yoldaşını bıçaqlayıb.
Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti xəbər verir ki, zərərçəkən xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd olunur ki, hadisə Mahaçqala şəhəri 51 saylı məktəbin 9-cu sinif şagirdləri arasında baş verib.
Ölüm hadisəsini törədən məktəbli artıq saxlanılaraq yerli polis idarəsinə aparılıb.
Qətllə bağlı cinayət işi açılıb.
Sinif yoldaşını öldürməkdə şübhəli bilinən məktəblinin ifadə verən şəraitdə görüntüləri də yayımlanıb.
Yeniyetmə istintaqa bildirib ki, cinayəti törədən zaman affekt vəziyyətində olub. Cinayət zamanı istifadə etdiyi bıçağı isə mağazadan alıb.
Həmçinin qətl hadisəsinin baş verdiyi məktəbin direktoru və onun tərbiyəvi işləri üzrə müavininə də səhlənkarlıq maddəsi ilə ittiham elan edilib.
Bundan əlavə, məktəbin mühafizəsini təşkil edən özəl şirkət də məsuliyyətə cəlb edilib.///oxu.az
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












