Maksimum sürəti 120 olan maşın 129-la radara düşüb - VİDEO

Eyni yolda sürət həddini pozduğuna görə sürücüyə 7 radar gəlib. Avtosfer.az xəbər verir ki, hətta yükdaşıma üçün olan avtomobilin maksimum sürəti 120 olsa da, radarlardan birində sürət 129 kimi göstərilib. Ağır tonnajlı yük avtomobilinin sürücüsü Razi İsmayıllı deyir ki, 2 il əvvəl ona Aeroport şosesində qurulan radarlarda texniki səhv ucbatından protokol məktubu gəlib: "Necə olur ki, eyni radarların qeydə aldığı bir protokol ləğv edilir, amma digərlərinin ödənilməsi tələb edilir...”
Onun sözlərinə görə, idarə etdiyi avtomobil su daşınması üçün nəzərdə tutulub və saatda 90 km-dən sürətli idarə etmək mümkün deyil. Məhz bu fakta görə sürücü məhkəməyə müraciət edib.
Razi İsmayıllı bildirir ki, məhkəmənin sonuncu qərarı 2016-cı ilin fevral ayında verilsə də, hələ də icra edilməyib. Bundan sonra qərarın ləğvi üçün Baş Dövlət Yol Polisi İdarəsinə yaxınlaşanda ona bildirilib ki, qərar Nizami rayon Yol Polisi tərəfindən ləğv edilməlidir.
Baş Dövlət Yol Polis İdarəsinin sözçüsü Kamran Əliyev açıqlamasında bildirib ki, məhkəmə tərəfindən işə xitam verilməsi ilə bağlı yol polisinə hər hansı bir rəsmi sənəd daxil olmayıb. Hər bir halda sürücü yenidən müraciət edərsə, elə onun iştirakı ilə məsələ yenidən araşdırılacaq.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












