"Maliyyə intizamını gücləndirməliyik" - Komitə sədri

"Büdcə dövlətin mərkəzləşdirilmiş maliyyə planı olmaqla bərabər, o həm də ümummilli strateji sənəddir, başqa sözlə dövlətin xəzinəsidir. Bu səbəbdən, büdcə məsələlərinə heç bir halda dar çərçivəli – sektor və ya idarə maraqları prizmasından baxılmamalıdır. Başqa sözlə, büdcə müzakirələri gedişində sahə və qurum maraqları ümumdövlət maraqlarının fövqündə dayanmamalıdır".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov deyib.
"Büdcə vəsaitləri ümummilli inkişaf prioritetləri və vəzifələrinin, məqsəd və hədəflərinin reallaşdırılmasının maliyyə təminatı kimi çıxış edir. Dövlət büdcəsi ümummilli ortaq məqsədlərimizə xidmət edirsə, deməli o həm də bizim ortaq məsuliyyətimizdir. Və o heç bir dövlət qurumunun təkbaşına məsuliyyəti ilə məhdudlaşmır. Büdcə müzakirələrində hörmətli həmkarlarımız fərqli fikir və rəy söyləmiş olsalar belə, ortaq məqsəd və hədəfimiz dövlətimizin strateji maraqlarını, xalqımızın rifahını, ölkəmizin uzunmüddətli inkişaf prioritetlərini nəzərə almaq və bunların hər birinin reallaşmasına nail olmaqdır. Bunun üçün ölkəmizin iqtisadi gücünü artırmalı, onun maliyyə dayaqlarını möhkəmləndirməli, büdcə vəsaitlərindən səmərəli istifadə etməli, maliyyə intizamını gücləndirməliyik", - deyə komitə sədri bildirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












