Masazır gölü niyə quruyur?

Masazır gölündə suyun səviyyəsi xeyli azalıb.
Bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Araşdırmalar Mərkəzinin direktoru Rafiq Verdiyev deyib. O bildirib ki, bunun əsas səbəbi əvvəllər gölə axıdılan çirkab suların qarşısının alınmasıdır:
“Son illərdə Masazırda su-kanalizasiya sistemlərinin yaxşılaşdırılması duz gölünə çirkab suyunun axıdılmasının da qarşısını alıb. Bu səbəbdən də suyun səviyyəsi azalıb. Təbii ki, qlobal iqlim dəyişikliyi, havaların quraq keçməsi də öz təsirini göstərir”.
Qeyd edək ki, hazırda Masazır gölü “Azərduz” İstehsalat Birliyinin ərazisindədir. Sahəsi 10 kv. kilometr olan göldən 1813-cü ildən mütəmadi olaraq duz çıxarılır. Qida duz ehtiyatları 1 735 milyon ton təşkil edir. Masazır gölü uzun illər Masazır və Novxanı kəndlərinin məişət-kommunal sularının axıdılması səbəbindən çirklənməyə məruz qalıb.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












