Masazırda kanalizasiya xətti partladı: Yeni çəkilən yol sıradan çıxdı - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində kanalizasiya xətti partlayıb, nəticədə yol keçilməz vəziyyətə düşüb.
Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, mövcud vəziyyət tez-tez təkrarlanır.
Yağış yağanda isə küçədən keçmək qeyri-mümkündür. Yolun üst qatı tamamilə sıradan çıxıb. Kanalizasiya xəttinin partlaması isə küçəni daha da bərbad hala salıb.
Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ramil İbadov "Xəzər Xəbər"ə bildirib ki, sözügedən ünvanda mərkəzləşirilmiş kanalizasiya şəbəkəsi yoxdur. Su və kanalizasiya xətləri isə sakinlərin özləri tərəfindən küstar üsulla çəkilib.
Lakin buna baxmayaraq, Sarı Aşıq küçəsində baş verən qəza qurum tərəfindən qısa vaxt ərzində aradan qaldırılıb.
Gələcəkdə həmin ərzinin kanalizasiya şəbəkəsinin qurulması tədbirlər planına salına bilər.
Ətraflı süjetdə:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












