Maşın alarkən diqqətli olun - Mühərriki dəyişdirirlər - VİDEO

Mühərrik dəyişdirilmiş avtomobil alan vətəndaş maşını öz adına keçirə bilmir. Süllədin Əmirov ötən ay Vüsal Məmmədov adlı şəxsdən 2600 manata baş etibarnamə ilə 2- ci əl minik avtomobili alıb. Ancaq soradan həmin avtomobili usta yanına aparıb təmir elətdirdikdə ona maşının mühhəriki ilə texniki sənədində olan nömrənin uyğun gəlmədiyi bildirilib.
Bundan sonra Süllədin Əmirov yenidən Vüsal Məməmdovla əlaqə saxlayaraq bunun maşını addan-ada keçirdən zaman problem yaşanacağını bildirib.
Məsələ ilə bağlı Vüsal Məmmədovla da əlaqə saxladıq.O bildirdi ki, maşın satılarkən mühərrikinin dəyişilməsi ilə bağlı ona məlumat verilib. O da bununla razılaşaraq avtomobili alıb. Ancaq buna baxmayaraq həmin avtomobilin pulu geri qaytarılaraq maşın ondan götürüləcək. Bəs belə halla qarşılaşdıqda vətəndaşlar nə etməldirlər?
Hüquqşunas Ərşad Hüseynov deyir ki, avtomobil qeydiyyata alınarkən onun ban şassisi və mühərrikinin nömrəsi də qeydiyyata alınır. Bunlarda dəyişiklik olarsa, o zaman onların da təkrar qeydiyyatı aparılmalıdır.
Bu vəziyyətdə avtomobili sürmək istəyən şəxs mühərrikin dəyişilməsi ilə bağlı maşını yenidən qeydiyyata saldırmalıdır.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












