Maşın çox, alıcı isə yoxdur - Bazarda durğunluğun səbəbi nədir? - Ekspertdən AÇIQLAMA

“Maşın bazarında durğunluğun yaranması çox da pis vəziyyətdə deyil. Artıq daha çox kiçik tutumlu, kiçik mühərrikli, ili təzə, daha az yanacaq yandıran avtomobillərə maraq artıb. Yanacağın qiyməti artdıqdan sonra isə vəziyyət biraz dəyişib”. Avtosfer.az xəbər verir ki, bu sözləri Sia-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, insanlar elektrik mühərrikli, hibrid avtomobillərə üstünlük verirlər: “Güman olunur ki, bu ilin sonu və yaxud da gələn ilin əvvəlindən hibrid avtomobillərə gömrük və əlavə dəyər vergisində güzəşt olunsun. Bu istiqamətdə müəyyən işlər görülür. Dövlət tərəfindən də müəyyən açıqlamalar verilib ki, bu barədə müəyyən addımlar atılacaq müəyyən güzəştlər olunacaq. Bu güzəştlərin nə vaxt tətbiq ediləcəyi məlum deyil. Ümumilikdə isə avtomobil bazarındakı vəziyyət həmişə olduğu kimi indi də alverçilər tərəfindən idarə olunur. Həmin alverçilər də müəyyən dövrdə qiymət artımı baş verdikdə vəziyyətdən sui-istifadə edə bilirlər. Maşın bazarında süni durğunluq yaradırlar. Maşınları ucuz qiymətə alaraq, müəyyən kosmetik dəyişikliklər edərək həmin maşınları baha qiymətə satırlar. Hazırda isə vəziyyət qismən dəyişib. Çünki artıq insanlar özləri birbaşa Yaponiyadan, Almaniyadan, Koreyadan birbaşa maşın alıb gətirirlər, ya da internet üzərindən onlayn şəkildə sifariş verirlər. Ümumilikdə götürsək, bu yaxşı göstəricidir. Hər-halda gələcəkdə avtomobil bazarında qiymətin hansı formada olmasından asılı olmayaraq avtomobil parkının yenilənməsinin tərəfdarıyam”.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












