Maşını belə sürənlər də var – Bakıda kobud sürücünün VİDEOsu

Bakıda bəzi sürücülər özlərini elə aparır ki, sanki qaydalar bunlar üçün deyil və ya bunların öz qaydaları var. Onlardan biri də izlədiyiniz bu videoda əksini tapıb. Pənah Musayev adlı oxucunun Avtosfer.az-a göndərdiyi videoların hər ikisi eyni gündə, eyni saatda və demək olar ki, eyni dəqiqədə digər avtomobildə olan videoqeydiyyat cihazı tərəfindən çəkilib. Birinci qayda pozuntusu Teleteatrın qarşısında qeydə alınır. Gördüyünüz "Crysler" markalı bu avtomobil soldan ötmə əməliyyatı edərkən qayda pozur və əks yola çıxaraq hərəkət edir. Bir neçə saniyə sonra isə Şəhidlər xiyağanının qarşısındakı dairədən keçib Milli Məclisin yanı ilə üzü yuxarı qalxarkən sağdan özünü iki daşın arasına soxub ötmə əməliyyatı aparır. Bu zaman qəza şəraiti yaradır. Sonra da heç nə olmayıbmış kimi hərəkəti davam etdirir.
Axırınca kadrlardakı qayda pozuntuları daha kobuddur. Birincisi, sağdan ötmək qadağındır. İkincisi və ən əsası isə sərt döngədə ötmə əməliyyatı aparmaq olmaz. Amma bu sürücüyə elə gəlir ki, ona hər şey olar. Yaxud da, onan yol hərəkəti qaydalarından xəbəri yoxdur. Sadəcə, bəxti gətirir…
Elməddin
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












