Maşını düzgün park etməyən sürücüyə su ilə AĞIR CƏZA

Bu hadisə Avropa ölkələrinin birində baş verib.
Avtosfer.az xəbər verir ki, kiçik şəhərdə yaşayan kişi qonşusunun hərəkətlərindən boğaza yığılıb. 6 lüks avtomobili olan qonşu maşınlarını harda gəldi saxlayırmış. Son həftələr isə o, maşını qonşunun bağçasında park etməyə başlayıb. Əvvəlcə gülləri əzdikdən sonra, bir dəfə avtomobillə su borusunu partladıb.
Sürücünün hərəkətlərindən təngə gələn qonşular yığışaraq onunla nə qədər söhbət etsələr də fayda verməyib. Bağçanın sahibi isə qisas almaq fikrinə düşüb. O, avtomatik suçiləyən qurğuların istiqamətini dəyişib. Gecə saatlarında bağçaya park edilmiş avtomobil əmməli islanıb.
Burda sual oluna bilər: su avtomobilə neynəcək?
Bağ sahibi başqa cür düşünür. O, suya gübrə və digər qidalandırıcı maddələr qatıbmış. Həm də sözügedən regionun suyu çox cod olduğundan kuzovda ləkə buraxırmış. Gecə səhərədək gübrəli su kuzovda bərpa olunmayacaq izlər buraxıb. Avtomobilin sahibi kuzovu təmizlətmək üçün min avrodan çox pul xərcləyib. O bir daha maşını başqasının ərazisində park etməyib.
Vüqar Yaşaroğlu
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












