Maşını olmayan şəxsə ikiqat MMX protokol göndərdilər - VİDEO

Avtomobili yoxdur, amma ünvanına cərimə protokolu göndərilib. Üstəlik, bu protokol iki dəfə tərtib olunub. Avtosfer.az xəbər verir ki, maraqlı hadisə Cəlilabad rayon sakini Faiq Bağırovun başına gəlib. Bir müddət əvvəl ona Gəncə şəhərində dayanma-durma qaydasını pozduğuna görə yol polisi tərəfindən iki protokol göndərilib. Hər iki protokol eyni gündə tərtib olunub. Avtomobilin dövlət nömrə nişanı və markasının da qeyd olunduğu iki protokolun hər birində ona 20 manat cərimə yazılıb.
Faiq Bağırov məsələni araşdırmaq üçün Cəlilabad rayon yol polisinə müraciət etdikdə məlum olub ki, avtomobil Bakı şəhər qeydiyyatında olsa da, onun real sahibi Gəncə şəhərində yaşayan bir xanımdır.
Faiq Bağırov başqasına məxsus və başqa şəxs tərəfindən törədilən qayda pozuntusuna görə ona ünvanlanmış cəriməni ödəməyib. Hazırda bu məbləğ 40 manatdan 64 manata çatıb. İndi o, məsələnin qanuni şəkildə həll olunmasını istəyir.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












