"MƏDƏNİYYƏTLƏRARASI HEKAYƏ TƏHLİLİ " - FOTO - FOTO

"Mədəniyyətlərarası hekayə təhlili "layihəsinə məktəbin ibtidai sinif müəllimi Ələsgərova Lamiyə və şagirdləri də qoşuldu.
Layihənin əsas məqsədi şagirdlərin təxəyyülünü inkişaf etdirmək,yaradıcı düşüncə və savadlılıq bacarıqlarını artırmaqdan ibarətdir.
Şagirdlər müxtəlif ölkələrin və mədəniyyətlərin gündəlik həyat tərzləri haqqında daha çox məlumat əldə edirlər. Şagirdlər fərqli mədəniyyətlərə telorantlıqla yanaşma bacarığı qazanırlar. Bu layihə sayəsində hər mədəniyyətdən olan uşaqlar hekayələrin oxşar və fərqli cəhətlərini ortaya qoyur,hekayənin quruluşunu daha yaxşı başa düşür,yeni hekayə yazma üsullarını öyrənir və bunu populyarlaşdırırlar.
Layihənin məqsədi:
Şagirdlərin "FƏRQLİ MƏDƏNİYYƏTLƏRİ KƏŞF ETMƏSİNİN TƏMİN EDİLMƏSİ",
Şagirdlərə öz və digər ölkələrdə ənənəvi hekayələri başa düşməyə imkan yaratmaqdır. Bu, dünya mədəniyyətləri arasında oxşar və fərqli cəhətləri tapmaq, onları müqayisə etmək və uşaq hekayələrinin nəqlini həyata keçirmək olacaq. Onlara hekayənin personajlarını, yerini və hadisələrini yaratmağa və birlikdə hekayə yazmağa kömək edir.
VƏ BU ŞƏKİLDƏ;
Şagirdlərin təxəyyülünün inkişafı, yaradıcı düşüncə və savadlılıq bacarıqlarının artırılması, oxu, yazmaq və araşdırma tələblərini artırmaq hədəflidir. Layihədə 9 Türk və 1 Azərbaycandan olan müəllim heyəti iştirak edir. Layihənin logosu və şüarı Azərbaycandan olan 255 nömrəli tam orta məktəbin müəllimi Lamiyə Ələsgərovaya aiddir.
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq













