“Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlandı - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərinin Nəsimi rayonu, X.Şuşinski küçəsində yerləşən, “Volt Services Azərbaycan” MMC-yə məxsus “Volt” marketdə, Nərimanov rayonu, A.Alı küçəsində yerləşən, “Grand-Mart” MMC-yə məxsus “Megastore” ticarət obyektində, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən, “Our Company” MMC-yə məxsus “The Place” ictimai iaşə obyektində yoxlama keçirib.
Avtosfer.az xəbər verir ki, baxış zamanı yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı və istehlaka təqdim edildiyi aşkarlanıb. “Megastore” supermarketdə və “The Place” ictimai iaşə obyektində həmçinin sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Yoxlama zamanı aşkarlanan istehlaka yararsız ət və süd məhsulları, dondurulmuş yarımfabrikatlar, unlu məmulatlar və alkoqolsuz içkilər dövriyyədən çıxarılaraq məhv edilib. Sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub.











Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












