Mehdiabad-Digah-Məmmədli avtomobil yolunda təmir işləri aparılır - FOTO - VİDEO

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Mehdiabad-Digah-Məmmədli avtomobil yolunda təmir işləri aparılır. Təmir işləri sözügedən yolun Əjdər Məlikov küçəsindən (Zabrat-Kürdəxanı avtomobil yolu) Mehdiabad istiqamətində 28 May küçəsinə qədər olan hissəsində icra olunur. Sözügedən hissənin uzunluğu 8630 metr təşkil edir.
Aparılan işlər çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşmaq üzrədir. Hazırda frezlənmə işlərinin bitdiyi hissələrdə “İnşaat Norma və Qaydaları”na əsasən yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir.
Sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün yola üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.
Qeyd edək ki, aparılan işlərin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?





















