Məhkəmə direktoru öldürməkdə təqsirləndirilən baş mühasib barədə qərar verdi

Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ziyad Əhmədovu qətlə yetirməkdə təqsirləndirilən həmin mərkəzin baş mühasibi Mirhadı Bağırov barədə qərar verib.
Avtosfer.az xəbər verir ki, Ali Məhkəmə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun hökmdən verdiyi kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, M.Bağırov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2021-ci ilin oktyabrında Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında baş verib.
Belə ki, Mərkəzin baş mühasibi 1992-ci il təvəllüdlü M.Bağırov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək qətlə yetirib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
(report)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












