Məhkəmə işi: "Hoteldə qızlarla qalarkən basqın edib bizi MTN-ə aparıblar"

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi Akif Çovdarovun hökmü ilə bağlı yenidən məhkəməyə müraciət edilib.
Avtosfer.az xəbər verir ki, Çovdarovla bağlı illər əvvəlki hökmdən keçmiş polis əməkdaşı Neman Kərimov şikayətçidir.
2015-ci ildə N.Kərimov A.Çovdarov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdı. İttihamda yazılırdı ki, N.Kərimov və dayısı oğlu Elçin Mövsümov "Elit" hotelində iki qızla qalarkən MTN əməkdaşları basqın edərək onları nazirliyə aparıblar. MTN-də ona Sevinc Rüstəmova adlı şəxsə 30 min manat borcu olduğunu deyiblər. İdarə rəisi Çovdarov onu buraxmaq üçün əvvəl 250 min manat pul istəyib, sonradan 80 minə razılaşıblar. Həmin pulun 20 min manatı Sevinc Rüstəmovaya verilib, 60 mini isə hədə-qorxu ilə tələb etməklə ələ keçirilib. Kərimov özü isə pulu verdikdən sonra sərbəst buraxılıb.
Zərərçəkmiş əvvəllər ona dəymiş maddi və mənəvi ziyana görə Akif Çovdarov və polkovnik Səlim Məmmədovdan təzminat tələb etsə də, məhkəmə onun iddiasını təmin etməyib.
9 il sonra, bu günlərdə Neman Kərimov ona geri ödənilməmiş 60 min manat ziyanın qaytarılması tələbi ilə apellyasiya şikayəti verib. Onun niyə görə bu qədər müddət sonra pulunun arxasınca düşməsinin səbəbi bilinmir.
Qeyd edək ki, A.Çovdarov 2017-ci ildə 12 il azadlıqdan məhrum edilib. O, bir neçə il sonra əfv edilib. General rütbəsindən məhrum edilən Çovdarovun 30 milyonluq əmlakı da bu yaxınlarda müsadirə edilib.
(qafqazinfo)
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












