Məhkəmə qərarı niyə icra olunmur? - “Azəriqaz”dan AÇIQLAMA

“Məhkəmənin qərarı olsa da, “Azəriqaz” Ağdaş rayonu, Kükəl kəndində fəaliyyət göstərən istixana təsərrüfatının təbii qazla təchizatını bərpa etməyib”.
Avtosfer.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən təsərrüfatın rəsmiləri iddia ilə çıxış ediblər.
2025-ci ilin dekabrın 24-də Bakı Kommersiya Məhkəməsi sözügedən iddiaya uyğun olaraq mübahisəli məsələyə baxıb və adıçəkilən təsərrüfatın qaz təchizatının bərpa edilməsi haqqında qərardad qəbul edib. Bildirilib ki, Qərardadın qəbul edilməsindən 20 gündən artıq vaxt keçməsinə baxmayaraq, “Azəriqaz” məhkəmə qərardadını icra etmək istəmir: “Məhkəmə qərardadında qeyd edilir ki, qaz təchizatının dayandırılması obyektin normal fəaliyyətinə ciddi maneə yaradır və bu hal sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs üçün borcun məbləği ilə müqayisədə daha ağır iqtisadi zərərlə nəticələnə bilər.
Hakim vurğulayıb ki, belə vəziyyət istehlakçının hüquqlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına səbəb olur və mütənasiblik prinsipinə ziddir. Qərardadda açıq şəkildə bildirilir ki, bu cür məhkəmə qərardadları dərhal icra edilməlidir”.
“Məhkəmənin qərardadına baxmayaraq, “Azəriqaz”ın aidiyyəti qurumları qaz təchizatının bərpa edilməsi ilə bağlı heç bir tədbir görməyib. Qazın bərpa edilməməsi təsərrüfatın fəaliyyətinin demək olar ki, dayanmasına, çoxlu sayda insanın işsiz qalmasına, eləcə də məhsul istehsalında problemlərin yaranmasına səbəb olub.
Təsərrüfat istixanadan ibarətdir və burada meyvə yetişdirilir. Burada daimi işlə təmin edilənlərin sayı 10 nəfərdən çoxdur. Bundan başqa, çoxlu sayda insan təsərrüfatın fəaliyyəti ilə əlaqədar olaraq gəlir əldə edir. Qaz təchizatının dayandırılması həmin insanlara birbaşa və dolayı zərər vurub”, - deyə təsərrüfat rəsmiləri qeyd ediblər.
Məsələ ilə bağlı “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəisi Eldəniz Vəliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, sahibkarlar sayğaclar onların öz maddi hesabına alırlar: “Tətbiqini biz həyata keçiririk. “Azəriqaz” İB-nin müvəqqəti sayğacı həmin zavodda istifadə olunub və dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, onlar öz hesablarına almalı olduqları sayğacı almayıblar. Məhkəmə qərarının icrasının həyata keçirilməməsinin yeganə səbəbi sahibkarın həmin sayğacı alıb quraşdırmamasıdır. Əgər bu proses icra olunarsa həmin zavoda qazın verilişində heç bir problem olmayacaq”.
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










