Məhkəmə saxtakarlıq edən gömrük işçisinə bu cəzanı verdi

Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısına hökm oxunub.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi olub.
Belə ki, təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarında tanışı ilə görüşüb söhbətləşən zaman tanışı ondan bəyan edilməmiş mobil telefonların ölkədə sayının çox olub-olmaması ilə maraqlanıb. O isə qeydiyyat qaydaları sərtləşdirildikdən sonra bəyan edilməmiş formada olan mobil telefonların “28 May” metrosunun ərazisində yerləşən mobil telefon mağazalarının qarşısında səyyar olaraq dəyərindən ucuz satıldığını deyib. Daha sonra sonuncuya həmin telefonları ucuz qiymətə ala bilərsə onu qanuni qaydada bəyan etdirə biləcəyini, daha sonra qeydiyyatdan keçirib sata biləcəyini bildirib. Bu zaman ona əldə edəcəyi gəliri yarıbayarı bölməyi təklif edib. Əslində isə onun məqsədi mobil telefon cihazlarını sərhəddən keçən əcnəbilərin adlarına bəyannamə tərtib edib təsdiq etmək olub.
O bu məqsədlə 2023-cü ildə ölkəyə sərhəddən keçən ayrı-ayrı əcnəbi şəxslərin adına onların məlumatı olmadan sərhəd keçmələri zamanı təqdim etdikləri pasportları əsasında özü bəyannamə tərtib edib “VAİS” sistemində özünə məxsus hesabında təsdiq edərək müvafiq sistemdə görünməsinə nail olub.
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, və 313-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla ona qəti olaraq 2 il müddətinə islah işləri cəzası təyin edilib.
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO










