Məişət zorakılığı törədən 88 qadın və 1298 kişi məsuliyyətə cəlb olunub

2023‑cü ildə Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 9389 müraciət qeydə alınıb, məişət zorakılığı törədən 88 qadın, 1298 kişi məsuliyyətə cəlb olunub.
Avtosfer.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında əksini tapıb.
Qeyd olunub ki, 2022-ci ildə bu rəqəm 9864 olub. Rəqəmlərə əsasən, bu, məişət zorakılığı ilə bağlı müraciətlərin azaldığını göstərir. Ailə münaqişəsi zəminində Daxili İşlər Nazirliyinə daxil olmuş məlumatlar üzrə görülən operativ cavab tədbirləri ilə 9389 hüquqazidd əməlin qarşısı alınıb. Hesabata görə, məişət zorakılığı ilə bağlı 1482 cinayət törətmiş 88-i qadın, 1298-i kişi olmaqla 1386 şəxs məsuliyyətə cəlb olunub.
2023-cü ildə 1224 qadın, 289 kişi məişət zorakılığından zərər çəkib.
Sənəddə vurğulanıb ki, statistik rəqəmlərə əsasən, məişət zorakılığı ilə bağlı cinayət törətmiş şəxslərin əksəriyyəti kişilər, zərərçəkmiş şəxslərin isə çoxu qadınlar olub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












