Meksikada turist kateri nəhəng balina ilə toqquşub - VİDEO

Meksikada turist katerinin nəhəng balina ilə toqquşması nəticəsində beş nəfər xəstəxanaya yerləşdirilib. Hadisə videokadrlara yansıyıb və “Daily Mail” tərəfindən yayımlanıb.
Məlumata görə, insident turistlər arasında balinaları izləmək üçün məşhur yer olan Aşağı Kaliforniya yarımadasının sahillərində baş verib. İki böyüyün və üç uşağın olduğu kater La Pas limanına qayıdarkən balina ilə toqquşub.
Sosial şəbəkədə yerləşdirilən kadrlarda zərbənin təsirindən göyərtədə olan sərnişinlərin bir neçə metr yuxarıya atıldıqları görünür. Hadisə yerinə xilasedicilər qrupu gəlib və zərərçəkənlər qısa müddətdə xəstəxanaya çatdırılıblar.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə katerin sürət həddini aşması səbəbindən baş verə bilər. Balinanın xəsarət alıb-almadığı isə hələlik məlum deyil.
oxu.az
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












