Məktəblərdə repetitorluq mexanizmləri tətbiq olunsun - YENİ TƏKLİF

"Ölkəmizdə son illər təhsil sahəsində həyata keçirilən ən mühüm və effektiv yeniliklərdən biri yeni təmayül tədris modelinin tətbiqidir. Emin Əmrullayevin də çıxışlarında vurğuladığı kimi, bu modelin tətbiqi şagirdlərin akademik nailiyyətlərini artırmaqla yanaşı, eyni zamanda cəmiyyətin sosial çağırışlarına cavab verən mühüm addımdır. Yeni modelin tətbiqi ilə cəmiyyətimizdə yanlış təfəkkür kimi formalaşmış “məktəbin əsas vəzifəsi imtahana hazırlıqlı şagird yetişdirməkdir” yanaşmasının aradan qaldırılması ilə yanaşı, məktəbin bu istiqamətdəki mühüm öhdəliyini də daha effektiv şəkildə yerinə yetirməsi üçün əlverişli şərait yaranacaq".
Avtosfer.az xəbər verir ki, bu fikirləri coğrafiya müəllimi, təhsil eksperti Tuqay Rzazadə səsləndirib.
"“Məktəbin əsas funksiyası buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərən şagirdlər hazırlamaq olmalıdırmı?” sualını versəniz, birmənalı şəkildə “xeyr” deyərdim. Kurikulum sənədində də qeyd edildiyi kimi, ümumi təhsil müəssisələri, yəni məktəblər, əldə etdiyi bilikləri həyatda tətbiq edə bilən, müstəqil düşünən, problem həll edən, yaradıcı, məsuliyyətli və fəal vətəndaş yetişdirməlidir".
Müsahibimiz yeni təmayül tədris modelinin tətbiqi zamanı tədrisin keyfiyyətini necə artırmaq, hansı metodlardan istifadə etməklə daha effektiv nəticələrin əldə edilməsi barədə fikirlərini bölüşdü:

O qeyd etdi ki, Azərbaycanda repetitorluq sistemi kifayət qədər geniş yayılıb və artıq müəyyən mənada kölgə təhsil sisteminə çevrilib:
"Hər il repetitor xidmətlərindən istifadə edərək yüksək nəticələr əldə edən şagirdlərin nəticələrində məktəbdən daha çox repetitorluq sisteminin payının olduğunu görürük. Bu isə onu deməyə əsas verir ki, repetitorların məktəbdənkənar dərs saatlarında tətbiq etdikləri hazırlıq mexanizmlərini təmayül tədris modeli tətbiq olunan məktəblərdə də tətbiq edə bilsək, son nəticədə bu modelin repetitorluq qədər uğurlu olmasına nail ola bilərik.
Repetitor yanında dərslər yalnız məktəb proqramları əsasında deyil, Dövlət İmtahan Mərkəzinin qəbul və buraxılış imtahanlarına hazırlıq proqramları və tələbləri əsasında təşkil olunur. Yəni bütün dərslərdə məktəb dərslikləri və nəzəri vəsaitlərlə yanaşı, Dövlət İmtahan Mərkəzinin və digər nəşrlərin test banklarından istifadə edilir".
Ekspertin sözlərinə görə, hər bölmənin sonunda keçirilən KSQ və BSQ-ləri daha da ciddiləşdirərək sınaq imtahanı formatında yoxlamaların təşkil olunması məqsədəuyğun olardı:
"Əgər bu modelin repetitorluq qədər effektiv və məhsuldar olmasını istəyiriksə, müəyyən mənada məktəb proqramlarının çərçivəsindən kənara çıxmalı və müəllimlərə daha çox sərbəstlik verməliyik. Çünki indiyədək yalnız məktəb proqramları əsasında tədrisin bütün hallarda imtahanlara tam hazırlıqlı şagirdlər yetişdirmədiyinin şahidi olmuşuq. Yeni modelin tətbiqinə ehtiyac yaranmasının səbəblərindən biri də məhz budur. İndi isə yüksək nəticə göstərən repetitorların öz təcrübələrini məktəblərdə tətbiq etməsinə şərait yaratmalı və müəyyən mənada onların fəaliyyətinə müdaxilə edilməməlidir. Onlardan əsasən tədris ilinin sonunda nəticə tələb olunmalıdır. Tədris prosesinin təşkili mexanizmlərinin seçimində müəllimə sərbəstlik verilməli və ən əsası, müəllim və şagirdlər güclü maddi-texniki baza, eləcə də müasir əyani və virtual vəsaitlərlə təmin edilməlidir".
T.Rzazadə təklif edir ki, yeni təmayül tədris modelinin tətbiq olunduğu məktəblərdə yüksək nəticə göstərən repetitorların və təcrübəli müəllimlərin effektiv tədris metodlarından istifadə edilməsinə şərait yaradılsın:
"Müəllimlərə tədris prosesinin təşkili və metodların seçimində daha geniş sərbəstlik verilsin, onların fəaliyyətinə həddindən artıq inzibati müdaxilələr məhdudlaşdırılsın və əsas diqqət əldə olunan nəticələrə yönəldilsin. Eyni zamanda, məktəblərdə DİM-in qəbul və buraxılış imtahanlarının tələblərinə uyğun əlavə test və sınaq mexanizmlərinin tətbiqi, müasir əyani və virtual tədris resurslarının əlçatanlığının artırılması təmin edilməlidir. Düşünürəm ki, müəllimə düzgün istiqamət, kifayət qədər sərbəstlik və lazımi resurslar verildiyi halda, məktəb təhsilinin nəticələrini əhəmiyyətli dərəcədə yüksəltmək mümkündür. Əsas məqsədimiz isə yalnız yüksək bal toplayan deyil, həm də qazandığı bilikləri həyatda tətbiq edə bilən, müstəqil düşünən, yaradıcı və məsuliyyətli şagird yetişdirmək olmalıdır. Çünki uğurlu məktəbin göstəricisi yalnız imtahan nəticələri deyil, məzunun gələcək həyata nə dərəcədə hazırlıqlı olmasıdır"./redaktor.az
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb










