Məktəblini “Tuareg”lə vurub öldürən sürücü həbs edildi

Xəzər Rayon Məhkəməsində bu ilin 29 aprel tarixində Binə qəsəbəsində 7 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzası törətmiş sürücüyə hökm oxunub.
"Volkswagen Tuareg" markalı avtomobillə 2016-cı il təvəllüdlü İbrahim Məmmədovu vuran 1981-ci il təvəllüdlü Elsevər Dədəcanov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib.
Məhkəmədə İbrahimin atası Orxan Məmmədov və digər şahidlər E.Dədəcanovun həmin gün saat 23:30 radələrində avtomobillə yüksək sürətlə hərəkət etdiyini deyiblər. O.Məmmədov Elsevəri oğlunu maşınla vurduqdan sonra döydüyünü etiraf edib:
"Qonşularla küçəyə çıxıb söhbət edirdik. Mənim oğlum evdə dayanmayaraq yanıma qaçıb gəlmişdi. Bizim yanımızda ümumilikdə 3 uşaq var idi. 6 nəfər dayanıb söhbət edirdik. Yol işıqlı idi. Bu zaman Elsevər yolu sürətlə döndü, biz həmin vaxt ona reaksiya verdik. Uşaqlar məhəllədəki qaz borusunun yanında idman edirdi. Yanımdakı şəxslər Elsevərə tərəf qışqıraraq "yavaş-yavaş", dedilər, sürücü isə əli ilə əsəbi halda biz tərəfə işarə edərək sürəti azaltmadı. Bu vaxt uşaq bizə tərəf qaçdı və maşın onu vurdu. Zərbədən uşaq 20 metr və bəlkə də daha çox sürüşərək 334 saylı məktəbin hasarına və daha sonra zibil qabına çırpıldı. Elsevərin uşağa kömək etmək istəməsi barədə dediyi yalandır. O, hadisə vaxtı əyləci basmayıb, uşağı vurduqdan sonra 50-60 metr irəliləyərək yolun digər tərəfində maşını saxladı. İlk öncə qardaşım Elsevərin yanına getdi. Mən uşağa doğru gedə bilmədim, buna ürək etmədim. Həmin vaxt Elsevəri vurdum, bunu etiraf edirəm. Onu boğmaq istədim, lakin xalam oğlu onu əlimdən aldı. Daha sonra uşağı xəstəxanaya apardıq".
Ağır xəsarət alan 7 yaşlı oğlan Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, orada vəfat edib.
Xəzər Rayon Məhkəməsində keçirilən proses ötən həftə başa çatıb. Məhkəmənin hökmü ilə E.Dədəcanova 3 il sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətə həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca həbs edilib. (qafqazinfo)
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO










