"Mən belə aktyor tanımıram” - Füzuli Hüseynovdan sərt reaksiya

Əməkdar artist Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən kənarlaşdırılması və ona töhmət verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, F.Hüseynov Oxu.az-a açıqlamasında teatr rəhbərliyinin qərarından xəbərsiz olduğunu deyib:
“Müdiriyyət necə məsləhət bilirsə, elə də edir. Burada nə var ki? İşə gedim, yəqin, bildirərlər. İşçiyə töhmət verərlər də”.
F.Hüseynov, həmçinin aktyor Əli Nurla aralarında yaşandığı deyilən dava və onun hüquq-mühafizə orqanlarına müraciəti məsələsinə də münasibət bildirib:
“Mən belə bir aktyor tanımıram. Hara istəyir, ora şikayət etsin. Mənim üçün həmin adam maraqlı deyil”.
Xatırladaq ki, Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad olunub və ona töhmət verilib. Teatrın yaydığı məlumatda bildirilib ki, bu qərar Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə ilə əlaqədardır. Bildirilib ki, bu addım gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün atılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












