«Mən yol hərəkəti qaydalarına əməl edirəm! bəs sən?»

«Rəqəmsal İnkişaf» İB-yi artıq mart ayının 1-dən "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının" maliyyə yardımı ilə "Mən yol hərəkəti qaydalarına əməl edirəm! bəs sən?" layihəsini başlamışdı. Bu gün ən ciddi məsələlərdən biri sürücülük mədəniyyətinin son dərəcədə aşağı olmasıdır. Son illərdə avtoqəzalar nəticəsində ölüm hallarının sayının artması müşahidə olunur. Çünki maşınların sayı durmadan artır, yollarda sürət çoxalır və bu zaman heç şübhəsiz ki, vətəndaş məsuliyyəti, sürücülük, sürücünün mədəniyyəti məsələsi aktuallığı ilə ortaya çıxır.Burada nə tələb olunur? son dərəcə sürücülük mədəniyyətinin yüksək olması. Bizdə nə qədər belə hadisələrə rast gəlmək olur. Məhz içkili vəziyyətdə, sürətli idarəetmə zamanı törədilən qəzaların sayı və ümumiyyətlə sürücü məsuliyyətsizliyi, yüksək surət daha çoxdur.
Layihədə məqsəd ictimai təhlükəsizliyin təmin olunması və sürücülük mədəniyyətinin artırılmasına nail olmaqdır. Azərbaycan yollarında ildən ilə yol qəzalarının sayı durmadan artır. Nəticədə minlərlə insan ölür, yüz minlərlə insan müxtəlif dərəcəli bədən xəsarətləri alırlar. Bütün bunlara qarşı çıxaraq Rəqəmsal İnkişaf İB-yi hal-hazırda geniş aksiya tərtib edib kampaniya aparır. Kampaniya çərçivəsində görülən işlərdən biri "Facebook Sosial Şəbəkəsində "Yol Ver! Sürət Həddin aşma!" adlı qrup yaradılıb. Qrupada yollarda tıxaclar, kütləvi yol hərəkəti qaydalarının pozulmaları, yol hərəkət qaydaları haqqında, sürücü mədəniyyəti və sərnişin mədəniyyətinin nə dərcədə olması haqqında informasiya mübadiləsi aparılır. Yaxın günlərdə layihə çərçivəsində görüşlən digər işlər haqqında və aparılan digər kampaniyalar haqqında geniş açıqlamar olacaq.
Nurlan
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq












