"Merd petrol" insanları BU CÜR ALDADIR: Gəmilərdən tullantıları...

Yasamal rayonunun Moskva prospektində - "Şamaxı yolu" adlanan ərazidə yerləşən "Merd petrol"un yanacaq çənindən çıxan zibil və tullantılara görə maddi ziyana düşən zərərçəkmiş Ramil Quliyev sözügedən məsələnin hansı yerdə qaldığını açıqlayıb.
Publika.az-a danışan zərərçəkmiş bildirib ki, problem həllini tapmayıb və nəticəsiz olaraq da qalır:
" "Merd petrol" həyasızlıq etdi, sübut edə bilmədik. Bu gün baş verən hadisə bu gün olur, sabah onu sübut etmək olmur, çənin içini dəyişirlər. 3000-3500 manat civarında maddi ziyana düşdüm. Haram insanlardır, sahibi də elədir. Haqqımı onlara halal etmirəm. Həmin çirkli dizeli indi də saxlayıram. Amma qəbul etmək istəmirlər. Məhkəməyə müraciət etmədim, zədələr bir neçə gün sonra üzə çıxır, onlar isə çənin içini dəyişirlər.
Zəhmətlə qazandığımız pulu bu cür mənimsəyirlər. İşbazdırlar, fırldaqçıdırlar. Gedib gəmilərdən qeyri-qanuni yollarla tullantılı, zibilli yanacaqları alıb gətirib əhaliyə satırlar. Bununla bağlı faktım olmasa da, ictimai araşdırmam olub və nəticə olaraq da müəyyən etmişəm ki, onlar bu yola əl atırlar. Pul qazanmaq üçün ən çirkli üsullardan istifadə edirlər. İnsanlar dürüst olan yerlərdən yanacaq alsınlar, diqqətli olsunlar".
Qeyd edək ki, R.Quliyev dekabr ayında sözügedən yanacaq məntəqəsindən avtomobilinə dizel vurandan sonra maşınının müəyyən hissələri sıradan çıxmışdı. Servisdən isə bildirilmişdi ki, onun avtomovilinə tərkibində su olan çirkli dizel vurulduğu üçün aidiyyəti hissələr sıradan çıxıb.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










