Mərkəzi Nəbatat Bağında qanunsuzluqlar aşkarlanıb

AMEA Rəyasət Heyəti Aparatının Daxili nəzarət və audit şöbəsinin Mərkəzi Nəbatat Bağında apardığı yoxlamalar nəticəsində müəssisədə bir sıra qanunsuzluqlar aşkarlanıb.
AMEA-dan bildirilib ki, keçmiş rəhbərlik tərəfindən yeni ağacların əkilməsi üçün heç bir təşəbbüs göstərilməyib, aqrotexniki qulluq olunmayıb, suvarma sisteminin düzgün təşkil edilməməsi səbəbindən əksər ağaclarda quruma prosesi sürətlənib. Nəbatat Bağının inkişafı və quruculuq işləri üçün dövlət büdcəsindən ayrılmış vəsait mənimsənilib. Eləcə də Bağın imkanlarından şəxsi maraqlar üçün istifadə olunub, bu quruma məxsus ərazidə iki qanunsuz ev inşa edilib. Hazırda bu tikililərin hüquqi yollarla sökülməsi üçün müraciət olunub.
AMEA-nın Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev qeyd edib ki, Daxili nəzarət və audit şöbəsinin yoxlaması nəticəsində ortaya çıxan qüsur, qanunsuzluq və mənimsəmələrlə bağlı arayış tərtib olunub: “Şöbə tərəfindən həyata keçirilmiş yoxlamaların əks olunduğu, sabiq direktor tərəfindən də imzalanmış arayış zərurət yarandıqda ictimailəşdirilə bilər”.
N. Allahverdiyev AMEA Rəyasət Heyətinin qərarı ilə oktyabrın 6-dan etibarən Bağın baş direktoru vəzifəsini icra edən təyin olunduğunu deyib: “Bağa rəhbərlik etməyə başladığım gündən etibarən burada nəzərəçarpacaq irəliləyişlər əldə olunub. Belə ki, yeni landşaft dizayn layihəsinin hazırlanması üçün fotoşəkillər çəkilib, layihə mərhələlər üzrə tərtib olunub. Layihənin ilk mərhələsi üzrə əsas məqsəd ağacların su ilə təmin olunması və onlara aqrotexniki qulluq göstərilməsi üzrə işlərin görülməsidir. Yeni landşaft dizayn layihəsinin ilkin versiyası artıq AMEA rəhbərliyinə təqdim olunub. Abadlıq işlərinin səmərəli təşkili məqsədilə Komissiya yaradılıb”.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












