Mərkəzi Nəbatat Bağında yerləşən “Şəki” restoranı sökülməyə başlanıb - FOTO

Mərkəzi Nəbatat Bağında yerləşən “Şəki” restoranı sökülməyə başlanıb.
Avtosfer.az xəbər verir ki, restoranın söküntü prosesi 3 gün ərzində yekunlaşacaq. Eyni zamanda Mərkəzi Nəbatat Bağında yerləşən laboratoriya binası, o cümlədən avtomobil qarajı və kafe də sökülüb. Ümumiyyətlə, indiyə qədər Mərkəzi Nəbatat Bağında qanunsuz fəaliyyət göstərən 10-a qədər tikili sökülüb. Qeyd edək ki, Nazirlər Kabinetinin 7 yanvar 2022-ci il tarixli qərarı ilə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı və Dendrologiya Bağı publik hüquqi şəxslər yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilib.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA





















