Mərkəzi Seçki Komissiyası Nəsiman Yaqublu haqqında qərar qəbul etdi - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 25-də Zəngilanda seçicilərlə görüşdən qayıdarkən avtomobil qəzasında həlak olan deputatlığa namizəd Nəsiman Yaqublu haqqında qərarı müzakirə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul edilib.
Qərara əsasən, Nəsiman Yaqublunun namizədliyi qeydə alınıb və bülletenlərdə adı çap edilib, dairə seçki komissiyalarına təqdim edilib. Seçki Məcəlləsinə əsasən, bülletenlərə əlavə və dəyişikliklər haqqında məlumatlar məntəqə seçki komissiyasında yerləşdirilir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
***
Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizəd Nəsiman Yaqublunun avqustun 25-də Zəngilanda seçicilərlə görüşdən qayıdarkən avtomobil qəzasında həlak olmasını müzakirə edir.
Avtosfer.az xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında seçki bülletenlərində namizəd kimi adı qeyd olunan Nəsiman Yaqublunun vəfatı ilə əlaqədar seçicilərə məlumatın çatdırılması qaydası müəyyənləşdirilir.
Komissiya üzvlərinin rəyindən sonra dairə seçki komissiyasına (DSK) atılacaq addımlarla bağlı müvafiq tapşırıq veriləcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












