Məsafə qısaldı, gedişhaqqı dəyişmədi - VİDEO

Avropa Oyunları zamanı bir çox marşrut avtobuslarının məsafəsi qısaldılsa da tariflər eynilə qalmışdı. Bunlardan biri də elə 215 nömrəli marşrutdur. Masazır qəsəbəsindən öncə Əcəmi metrosuna qədər hərəkət edən bu avtobusda gəlməyə görə sərnişinlər 25 qəpik ödəyirdilər. İndi son dayanacaq Avtovağzal olsa da yenə də 25 qəpik ödəyirlər. 215 nömrəli marşrutun dispetçeri İlham Lalayevin dediyinə görə onların işlətdiyi marşrut xəttində məsafə qısalsa da tarif şurası tərəfindən yeni gediş haqqı təqdim edilməyib.
Hazırda “Baku Bus”-ın yeni avtobuslarının xətlərə buraxılması prosesi davam edir. 5 xətdə istifadə olunan yeni avtobuslardan daha 7 xəttə buraxılacaq. Hansı marşrutların qalıb-qalmayacağı, eləcə də istiqamətlərinin hara olacağı proses başa çatandan sonra dəqiqləşəcək. Məsafəsi qısaldılıb tarifləri eyni qalan marşrutlarda gedişhaqqlarının azaldılması ilə bağlı təkliflər isə Tarif Şurasına gələn ilin yanvar ayında veriləcək. Bu arada sabahdan etibarən 193, 24, 30 və 49 saylı marşutlar dəyişəcək. 207 saylı marşutu isə 193 saylı marşrut əvəz edəcəyindən bu xəttin fəaliyyəti dayandırılıb.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












