Meşə materiallarını qanunsuz daşıyan şəxslər müəyyən edilib - FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı “Qazel” və “Mercedes-Benz” markalı avtomobillər vasitəsilə meşə materiallarının qanunsuz daşındığı müəyyən olunub.
Dövlət Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, avtomobillərin yük yerinə keçirilən baxış zamanı 5,58 m3 həcmində meşə materialı aşkar edilib.
“Araşdırma zamanı qanunsuz yolla əldə edilmiş meşə materiallarının rayon sakinləri Cavid Səfərov və Nurəddin Məmmədov tərəfindən daşındığı və təbiətə ümumilikdə 2293 manat məbləğində ziyan dəydiyi məlum olub”, - o deyib.
B.Məhəmmədov qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Lənkəran Rayon Prokurorluğuna göndərilib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?













