Məşhur aparıcılar AzTV-ni məhkəməyə verdi

Tanınmış aparıcılar Tural Əsədov və Afaq Gəncəli "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-ni (AzTV) məhkəməyə verib.
Avtosfer.az xəbər verir ki, buna səbəb onların "Düşən Pullar" layihəsində qazandıqları məbləğin hələ də verilməməsi olub.
Belə ki, Turalla Afaqın verilişdə udduğu 35 min manat onlara təqdim edilməyib. Onlar işlərini hüquqi çərçivədə həll etmək qərarına gəliblər.
Qeyd edək ki, bir müddət öncə T. Əsədov bununla bağlı "Qapqara" verilişində danışmış, o, Afaqla 35 min udduqlarını, lakin proqramın efirə getmədiyini və pullarının verilmədiyini demişdi.
Turala cavab olaraq "Düşən pullar"ın aparıcısı Şəhriyar Əbilov OLAY-a müsahibəsində bölümlərin kanalın təyin etdiyi sıra ilə efirə getdiyini və həmkarlarının yarışdığı proqramın ən yaxşı vaxta saxlanıldığını demişdi.
(redaktor.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












