Məşhur mağazanın "parkovşiki" yol polisi ilə "işləyir"?

Daimi oxucumuz Nicat Kərimov Avtosfer.az-a yolladığı şikayət məktubunda özünü parkinq nəzarətçisi kimi təqdim edən şəxsin sürücülərə vurduğu ziyandan və onların cərimələnməsindən yazır. Onun yazdıqlarını təqdim edirik: «Mənim şikayətim «Mothercare» («5 mərtəbə» dairəsində) dükanının qarşısında duran parkinq əməkdaşındandır. Əməkdaş üzərində "bədciqlə" dükanın qarşısında durur. Ara-sıra dükanın içərisinə daxil olur, satıcılarla söhbət edir. Bir sözlə, təəssürat yaranır ki, həqiqətən, bu insan dükanın əməkdaşıdır və sırf parkinq işinə baxır. Avtomobili saxlayanda parkinqə yardım edir, çıxanda pul alır. Mən də yanvarın 29-da avtomobilimi saxlayıb bu əməkdaşdan burada avtomobilin saxlamağın qanunsuz olduğunu bildirsəm də, o, heç bir problem olmadığını bildirdi. Mən də dükanın əməkdaşının sözlərinə arxayın olub avtomobili parkinq etdim. İndi mənə E-mail gəlib ki, dayanma durmanı pozduğumdan 20 manat cərimə olunmuşam. Təbii ki, mən qaydanı pozmuşam və bununla tam razıyam. Məsələ odur ki, belə nüfuzlu şəbəkə niyə bu cür dələduz əməkdaşlar saxlayır öz qapılarında. Dükandan bu şəxsin onların rəsmi əməkdaşı olmadığı bildirilsə də, bu, mümkün deyil. Çünki həmin şəxs dükanın razılığı ilə orda çalışır, əməkdaşlarla yaxın münasibətdədir».
Avtosfer.az bildirir ki, kiminsə haradasa dayanıb özbaşına parkinq təşkil etməsi qanunsuzdur və həmin ərazidə dayanma-durmanı qadağan edən yol nişanı yoxdursa, yolayrıcına, piyada keçidinə 5 metr, avtobus dayanacağını bildirən nişana 15 metrdən yaxın məsafədə deyilsənsə o zaman qayda pozmursan. Yox əgər bu hallardan biri mövcuddursa və kimsə sizə orada maşın saxlamağı təklif edirsə, bu, sizin öz günahınızdır. Hər bir halda, orada dayanma-durma qadağandırsa kiminsə dayanıb parkinqpulu yığması da qanunsuzdur. Ümid edirik ki, həmin həxslə bağlı müvafiq ölçü götürüləcək, sürücülər isə kimisə yox, qaydaları əsas tutacaqlar…
Elmin
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











