Metro 24 saat işləməyəcək - AÇIQLAMA

“I Avropa Oyunları zamanı metronun iş qrafikində dəyişiklik ediləcək. Belə ki, iyunun 12-si və 28-də, yəni açılış və bağlanış mərasimləri günü metro səhər saat 06:00-dan gecə saat 03:00-a qədər işləyəcək”.
Avtosfer.az xəbər verir ki, bu barədə azvision-a açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Qurum rəsmisi bildirib ki, göstərilən vaxtın uzadılması da mümkündür: “Əsas məqsədimiz Olimpiya stadionundan çıxan son sərnişinin, bütün tamaşaçıların daşınmasıdır. Bilirsiniz ki, Olimpiya stadionu "Koroğlu" metrostansiyasının yaxınlığındadır və bu stansiyadan daha çox istifadə olunacaq. Çalışacağıq ki bütün sərnişinləri rahat və təhlükəsiz şəraitdə mənzil başına çatdıraq. 13-27 iyun tarixləri arasında isə metro səhər saat 06:00-dan gecə saat 01:00-a qədər işləyəcək”.
Qeyd edək ki, Avropa Oyunları zamanı Bakı metrosunun 24 saat işləyəcəyi bildirilirdi.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












