Metro qatarları gündə nə qədər yol qət edir?

27 stansiyadan ibarət Bakı Metropolitenində xətlərin ümumi uzunluğu 41 kilometri keçir. Təbii ki, ayrı-ayrı xətlər üzrə uzunluq daha azdır.
Avtosfer.az xəbər verir ki, Dövlət Statistika Komitəsi metro nəqliyyatında bir çox parametrlə yanaşı qatarların gündəlik yürüş məsafəsi barədə də statistika dərc edir. 1990-cı ildən indiyədək olan statistikaya diqqət etsək gündəlik yürüşün azalmasının şahidi olarıq. Bəs necə olur ki, stansiya artdığı və yol uzandığı halda qatarların yürüşü azalır?
Əldə olan ən köhnə statistikaya görə 1990-cı ildə bir vaqonun günlük orta yürüşü 342,6 km təşkil edirdi. Sonrakı illərdə bu göstərici tədricən artır və 2020-ci ildə rekord rəqəmə çatır – sutkada 465 km. Növbəti il isə 5 dəfəyə yaxın azalaraq 115 kilometrə enir. 2022-ci ildə isə göstərici 105 km təşkil edir. Bəs elə isə bu ciddi geriləmənin səbəbi nədir?
Bunu son 3 ildə metroya yeni qatarların alınmasının intensivləşməsi ilə izah etmək olar. Məntiqi olaraq say artdıqca qatardan gündəlik istifadə saatları da aşağı düşür. Statistika göstərir ki, metronun inventarında 295 vaqon olduğu halda, 2022-ci ildə 314 vaqon olub.
Vüqar
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












