Metroda aylıq sərnişindaşıma artıb

Bu ilin iyun ayında “Bakı Metropoliteni” QSC-dən 18 milyon 105 min 185, o cümlədən 518 min 603 güzəştli sərnişin istifadə edib.
Avtosfer.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, orta statistik hesabla gün ərzində metropolitenə daxil olan sərnişin sayı 603 min 506 olub.
Milli bayramlar və istirahət günləri də daxil olmaqla ay ərzində 13 qeyri-iş günü olub. Bayram və istirahət günlərində 6 milyon 2 min 884, qalan 17 iş günündə isə 12 milyon 102 min 301 sərnişinə daşıma xidməti göstərilib. Orta statistik hesabla metropoliten hər iş günündə 711 min 900, hər qeyri-iş günündə 461 min 760 sərnişin daşıyıb. Ən çox sərnişin daşınan gün iyun ayının 14-ü olub (737 min 749). Ayın 16-da isə ən az sərnişin daşınıb (365 min 897).
Postpandemiya dövründə ilk dəfə tarixi nailiyyət qeydə alınıb. Metropoliten tarixində ən rekord sayda sərnişin daşınmış 2019-cu ilin bir aylıq göstəricisindən daha çox sərnişin daşınıb. Cari ilin iyun ayında 2019-cu ilin həmin dövrünə nəzərən, 0,3 % çox sərnişin bu nəqliyyat növünün xidmətindən istifadə edib. İlin 6-cı ayının daşıma göstəriciləri əvvəlki illərin eyni ayları ilə müqayisədə də kifayət qədər çoxdur: 2022-ci ildən 2,3% və 2023-cü ildən 15% çox.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












