“Metroda enerjiyə qənaətlə bağlı məlumatlar açıqlanacaq”

“Bakı Metropoliteni” QSC illik maliyyə (audit) hesabatlarında enerji sərfiyyatı və enerjiyə qənaətlə bağlı məlumatlar dərc edəcək.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
"Metro elektrik enerjisi ilə çalışdığı üçün "yaşıl nəqliyyat" növü hesab olunur. Amma enerjiyə qənaət edilməsi ətraf mühit üçün ən vacib məsələlərdən biridir. Hazırda Bakı metrosuna gətirilən yeni qatarların hər biri enerjidən səmərəli istifadəyə yönəlib. Bu istiqamətdə nəticələr yeni qatarlar gəldikdən sonra daha aydın hiss edilir”, - deyə o qeyd edib.
B. Məmmədov əlavə edib ki, ilin sonuna qədər Bakıda istifadəyə veriləcək yeni nəsil 7 qatar da bu prosesə öz töhfəsini verəcək:
“Qatarlar qənaət etdiyi elektrik enerjisini digər qatara yaxud elektrik yarımstansiyasına ötürür. Bu, ilk növbədə ekologiyanın qorunması baxımından vacibdir. Bakı metropoliteni ən böyük enerji istehlakçısı olduğu üçün enerjiyə qənaət mühüm əhəmiyyət kəsb edir və bu, sərnişindaşıma xərclərinə də təsir göstərə bilər”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












