Metroda sıxlığın aradan qaldırılması üçün yeni addım

Metroda sərnişinlərinin sayının artmasına görə Bakı metropoliteni stansiyalarında gücləndirilmiş iş rejimində çalışan yeni nəzarət qrupları yaradıb.
Bu sözləri "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda stansiyalarda sıxlığın yaranmaması, Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə bağlı qəbul etdiyi qərar və tapşırıqlara əməl olunması ilə bağlı nəzarət tədbirləri həyata keçirilir: "Bakı metropoliteni bununla bağlı fəaliyyətində bir neçə istiqaməti prioritet müəyyən edib. İlk olaraq, metropolitendə yaradılan monitorinq qrupları sərnişin axınını öyrənməyə başladı. Hazırda stansiyalarda gündəlik sərnişin sayı, daşıma prosesinin təşkili, buna uyğun qatarların hərəkətinin tənzimlənməsi prosesi aparılır. Bununla bağlı qruplar xüsusi rejimdə işləyir, sərnişin hərəkəti izlənilir, sıxlığa nəzarət edilir. Hazırda metroda sıxlıq yaranmasının qarşısı tənzimlənmə üsulu ilə alınır".
B.Məmmədov qeyd edib ki, hazırda metropoliten əməkdaşlarından ibarət monitorinq qrupları stansiyalarda pandemiya qaydaları ilə bağlı metodiki göstərişlərə əməl edilməsi üçün ciddi maarifləndirmələr aparır, tövsiyələr edirlər: "Hazırda qatarlar arasında gecikmələrə rast gəlinməyib, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılır, ehtiyac yaranacağı təqdirdə həmin ehtiyat qatarlar xəttə buraxılır və bununla da stansiyada ciddi sıxlığın yaranmasının qarşısı alınır. Əsasən, səhər və axşam pik saatlar nəzarətdə saxlanılır".///Axar.az
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı













