Metronun “28 May” stansiyasında eskalator əsaslı təmirdən sonra istifadəyə verilib

Metronun “28 May” stansiyasının ikinci çıxışındakı “ET-3M” tipli üç eskalatordan biri “Bakı Metropoliteni” QSC-nin əsaslı təmir planına uyğun əsaslı təmir olunub. 2010-cu ildən istismarda olan bu qurğular texniki tələblərə görə, 150 min kilometr qaçış məsafəsini qət etdikdən sonra əsaslı təmirə dayandırılır.
“Bakı Metropoliteni” QSC-dən Avtosfer.az-a bildirilib ki, iyun ayının əvvəlindən başlanmış əsaslı təmirlə əlaqədar eskalator qovşaq və hissələrinin təmiri üçün lazım olan mal-material, ehtiyat hissələri, tərtibat və alətlərlə təmin edilib. Təmir müddətində qaynaq işləri yalnız gecə növbəsində nəzarət altında yerinə yetirilib.
Təmir dövründə, ilk olaraq, sürahi elementlərinin söküntüsünü aparmaq üçün lent zolağının daraqdan-darağa olan 71 metrlik hissəsindəki 392 pillə demontaj edilərək təftiş olunub. Ardınca eskalatorun dartı zənciri, əyləc sisteminin elementləri, reduktor və mühərrik çıxarılaraq müayinə edilib.
Sonrakı mərhələdə markşeyderlər qrupu eskalatorda fermaların çökmə, mərkəzdən qaçma və digər parametrlərini ölçüb. Təmir müddətində istismar müddəti başa çatmayan və yararlı hissələr təftiş edilməklə yenidən quraşdırılıb. Texniki şərtlərin tələblərinə görə, habelə dəyişdirilməsi zəruri olan hissə və qovşaqlar ölçü və standartlara uyğun yeniləri ilə əvəz olunub. Təmir başa çatdırıldıqdan sonra diaqnostik müayinələr aparılıb.
Qazan nəzarəti üzrə müfəttişliyin istismar tələblərinə və standartlara uyğunluğu qiymətləndirməsindən sonra nöqsan və qüsurlar olmadığı üçün eskalatorun istismara verilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, bu tip eskalatorların istismar müddəti 40 ildir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












