Metronun yaxınlığında söyüş söyən şəxsi döydü: CƏZALANDI

Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pənah Oruclunun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, hakim Nəriman Mehdiyev sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 1200 manat cərimə cəzası təyin olunub.
İttihama görə, hadisə 01 iyul 2024-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, Pənah Oruclu zərərçəkmiş Ramazan Ramazanlının (şərti) başqa şəxslə aralarında olan danışıq zamanı nalayiq ifadə işlətməsinə irad bildirib. Sonra həmin şəxslər arasında mübahisə başlayıb. Bu zaman o, zərərçəkmiş şəxsə fiziki zor tətbiq edib, qəsdən əli və dizi ilə onun sifət və bədəninin digər nahiyələrindən vuraraq xəsarət yetirib. Hadisədən sonra Pənah Oruclu saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












