Mexikodakı səfirliyimizdən Azərbaycan vətəndaşlarına - Müraciət

Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlı Mexikodakı səfirliyimiz Azərbaycan vətəndaşlarına müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:
“Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, Meksikada səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına Xalisko ştatı, eləcə də qonşu Miçioakan, Quanaxuato, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur.
Vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlik qaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdən yayımlanan məlumatları izləmələri xahiş olunur.
Meksikadakı Azərbaycan Səfirliyinin Konsulluq şöbəsinin qaynar xətt nömrələri:
Ötən gün Meksikada “Xalisko Yeni Nəsil” narkokartelinin başçısı, “El Menço” ləqəbli Nemesio Oseguera Servantes hökumətin xüsusi hərbi əməliyyatları nəticəsində zərərsizləşdirilib. Hadisədən sonra Meksikanın bəzi ştatlarında hökumət qüvvələri ilə kartelə bağlı silahlılar arasında toqquşmalar artıb.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












