Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub - FOTO - VİDEO

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri ərazisində kompleks tədbirlərin icrası davam etdirilir.
Bu çərçivədə Yasamal rayonu, Miкayıl Müşfiq küçəsinin İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinədək olan hissəsi üzrə aparılan təmir işləri yekunlaşıb. Sözügedən hissəinin uzunluğu 810 metr, ortalama eni isə 20 metr təşkil edir.
Təmir işləri çərçivəsində küçənin sözügedən hissəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, frezlənmiş ərazi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Ardınca isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün aidiyyəti qurum tərəfindən üfüqi nişanlanma xətlərinin çəkilişi işləri yerinə yetirilib.
Küçənin sözügedən hissəsi müasir görkəmdə artıq vətəndaşların istifadəsindədir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident






















