Milli Məclis Amnistiya Aktını qəbul edib - TAM SİYAHI

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması haqqında qərar layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilərək səsə qoyulub və qəbul edilib.
Avtosfer.az xəbər verir ki, qərara əsasən, müəyyən kateqoriyadan olan məhkumlar təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.
Amnistiya aşağıdakı şəxslərə şamil olunur:
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, həmçinin bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları;
Həmin döyüş əməliyyatları və digər xüsusi xidmətlərə görə orden və medallarla təltif olunmuş şəxslər;
Ermənistanın hərbi təxribatları nəticəsində əlil olmuş və ya həlak olmuş mülki şəxslərin yaxın qohumları;
Xocalı soyqırımı, 20 Yanvar faciəsi, deportasiya və etnik təmizləmə hadisələri ilə bağlı zərər çəkmiş şəxslər və onların yaxın qohumları;
Məcburi köçkünlər, Çernobıl qəzasının ləğvində iştirak etmiş şəxslər, siyasi repressiya qurbanları;
İkinci Dünya müharibəsi və digər sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər və onların ailə üzvləri;
Qadınlar, cinayət törədərkən 18 yaşına çatmamış şəxslər, 60 yaşdan yuxarı olanlar;
61–100 faiz əlilliyi olan şəxslər və himayəsində azyaşlı və ya əlil övladı olan məhkumlar.
Bundan başqa, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş, ehtiyatsızlıqdan cinayət törətmiş, cəzasının çəkilməmiş hissəsi az olan şəxslər, eləcə də azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilənlər də amnistiyadan yararlanacaqlar.
Qərara əsasən, bəzi kateqoriya məhkumların azadlıqdan məhrumetmə cəzalarının çəkilməmiş hissəsi 6 ay azaldılacaq.
Amnistiya aktı qərar qüvvəyə mindiyi günədək çıxarılmış hökmlərə şamil olunur və xarici dövlət məhkəmələrinin hökmləri ilə məhkum edilmiş, cəzasını Azərbaycanda çəkən şəxslərə də aid ediləcək.
Amnistiyanın icrası dörd ay müddətində təmin edilməli, azad edilən şəxslərin sosial adaptasiyası və reabilitasiyası üçün zəruri tədbirlər görülməlidir.
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT










